-Epoksid, beton və ya sement əsaslı məhlulların üzərində, bütün sənaye döşəmələrində;
-Avtokar, yükləyici və ağır nəqliyyat vasitələrinin hərəkətinin baş verdiyi anbarlarda, anqarlarda və təmir bölmələrində;
-Fabrik və sexlərdə, eyni zamanda istehsal və anbar sahələrində tətbiq olunan bir neçə qatlı döşəmə örtük sistemlərində;
-Mexaniki aşınma və kimyəvi dayanıqlılığı artırmaq və gigiyenik mühit əldə etmək üçün parlaq divar örtüyü olaraq;
-Orta və ağır yüklərə məruz qalan döşəmələrdə aşınmaya qarşı dayanıqlılıq əldə etmək üçün döşəmə örtük sistemlərinin parlaq son qat boya kimi istifadə olunur.