Məhsul haqqında

Ana Səhifə / Məhsul haqqında

CCS Waterplug

CCS Waterplug, tərkibi xüsusi sement və mineral dolğularından ibarət olan, aktiv su axınlarının təcrid edilməsində, montaj və təmir işlərində istifadə edilən, yüksək yapışma qabiliyyətinə malik olan, su ilə qarışdırıldıqda genişlənərək bərkiyən, istifadəyə hazır tıxac məhluludur.

TƏTBİQ SAHƏLƏRİ
-Hidroizolyasiyadan qabaq su axan yerin doldurulması və suyun dayandırılmasında;
-Pərdə betonu qəlibin içində olan armatur dayaqlarından qalan boşluqların doldurulmasında;
-Beton birləşmələrin, künc hissələrindəki dərzlərin və soyuq dərzlərin təmirində;
-Boru və kabellər üçün giriş kanallarının sudan təcridedilməsində;
-Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
-Statik (hərəkətsiz) çatların təmirində;
-Aktiv su axınlarının təcrid edilməsində;
-Betonda olan deformasiya təmirində;
-Metal ankerlərin və birləşdirici elementlərin bərkidilməsində istifadə edilir.

bg

Sistemlərə baxmaq üçün keçid edin