- Forklift, transpalet və ağır nəqliyyat vasitələrinin hərəkət etdiyi bütün qapalı sahələrdə;
- Tez-tez təmizlənən, termal şokların, həlledicilər və aşınmaya səbəb olacaq kimyəvi maddələrin mövcud olduğu yerlərdə; Bütün kimyəvi prosesi olan sahələrdə və istehsal müəssisələrində;
- Qida sənayesində, istilik prosesi və soyuq hava olan soyuducu kameralarında, şoklama otaqlarında;
- Spirtsiz içkilər, su doldurma qurğuları, yeməkxanalar və laboratoriyalar;
- Xəstəxanalarda, poliklinikalarda, cərrahiyə otaqlarında, tibbi ləvazimat və dərman anbarlarında;
- Supermarket, otel və restoranların mətbəxlərində və soyuducu kameralarında;
- Gigiyenik bölmələr, orta və ağır iş yerləri ilə anbar və qablaşdırma sahələrində;
- Toxuculuq sənayesi, kosmetika sənayesi, texniki xidmət və təmir, istehsal sahələri və mətbəələr kimi döşəmədən yüksək kimyəvi və mexaniki müqavimət gözlənilən bütün sahələrdə istifadə edilə bilər.